"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi: "Evimə gəlib məni təhdid etdilər"

12:28 - 3 Yanvar 2017

"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi Mustafa Dənizli məhkəməyə müraciət edib.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Dənizlinin keçmiş həyat yoldaşının ailəsi tərəfindən təzyiqlərə məruz qalmasıdı. Cütlük ötən ilin sentyabrında ayrıldıqdan sonra Evin Elçinin qardaşı və qayınatası Dənizlinin evinə gələrək, boşanmaq üçün 5 milyon lirə tələb edib:

 

"Evimə gəlib məni təhdid etdilər. Dedilər ki, boşanmaq üçün 5 milyon verməlisən. Hiss etdiyim qorxunu ifadə etmək mümkün deyil. Ölümlə üz-üzə gəldim. Həmin şəxslərin cəzalandırılmasını istəyirəm".

 

Dənizli 2013-cü ilin noyabrında "Xəzər Lənkəran"ın “sükanı arxasına” keçib. Elə həmin mövsümün sonunda onunla yollar ayrılıb.

 

Xəbər xətti