"Qəbələ" heyətinə bir futbolçu qatacaq

13:56 - 9 Yanvar 2017

“Qəbələ”nin bu gün Türkiyənin Antalya şəhərinə yollanacağı və təlim-məşq toplanışına start verəcəyi haqqında xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, komanda heyətə orada yeni futbolçu da cəlb edəcək. Lakin həmin oyunçunun kimliyi dəqiq bilinmir. 

 

Klubun baş meneceri Zaur Əzizovun “Qafqazinfo”ya verdiyi məlumata görə heyətə yalnız bir futbolçu cəlb olunacaq:

 

“Bir neçə həftə öncə siyahımızda iki futbolçu var idi. Lakin həmin vaxt Araz Abdullayevin transferi həll olunmamışdı. Artıq bu transfer baş tutdu və baş məşqçimiz Roman Qriqorçuk bundan razıdır. İndi yalnız heyətə bir futbolçu cəlb edəcəyik. Siyahıda bir neçə oyunçu var. Baş məşqçimiz izləyir və baxır. Kimi bəyənsə, onu da heyətə qatacağıq”.

 

Xəbər xətti