Millimizin üzvü üçün rumıniyalı rəqib

16:59 - 9 Yanvar 2017

Millimizin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa təmsilçisi Dəniz Yılmazın da çıxış etdiyi hücum xəttinə yeni futbolçu cəlb edib. 

 

"Yaşıl timsahlar" digər Superliqa təmsilçisi "Gənclərbirliyi"nin forvardı Boqdan Stanku ilə anlaşıb. Bu barədə məlumatı komandanın baş məşqçisi Hamza Hamzaoğlu verib. Daha öncə Türkiyədə "Qalatasaray" və "Orduspor" klublarında çıxış etmiş rumıniyalı hücumçu yaxın günlərdə yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək.

 

Qeyd edək ki, Boğdan Stanku bu mövsüm "Gənclərbirliyi"nin heyətində 10 oyun keçirib və 2 qol vurmağı bacarıb. 

Xəbər xətti