AZAL-dan ayrılan futbolçu I Divizion klubunda

00:31 - 13 Yanvar 2017

I Divizionda mübarizə aparan "Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi Taqim Novruzovu heyətinə cəlb edib. Təcrübəli yarımmüfafiəçi ilə 1 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, 30 yaşlı futbolçunun son klubu AZAL olub. Novruzov qış fasiləsində "təyyarəçilər"dən ayrılıb.

Xəbər xətti