"Neftçi"dən qovulan futbolçu "Dinamo" yolunda

12:35 - 13 Yanvar 2017

Mövsümün gedişində "Neftçi"dən ayrılan Vançe Şikov özünə klub axtarmaqda davam edir.

 

Sportal.az xəbər verir ki, 1 aydır ki, klubsuz olan müdafiəçi Rumıniyanın "Dinamo" klubuna təklif olunub. Buxarest təmsilçisi müdafiədə olan boşluğu nəzərə alaraq, azad agent statusu daşıyan oyunçunu heyətinə cəlb edə bilər.

 

Transferin yaxın günlərdə baş tutacağı gözlənilir.

 

Makedoniya millisinin də üzvü olan 31 yaşlı futbolçu "Neftçi"də 9 oyun keçirmişdi.

Xəbər xətti