Maradona "Napoli"nin baş məşqçisi olur

17:18 - 16 Yanvar 2017

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını bərpa edir.

 

Sportal.az xəbər verir ki, argentinalı çalışdırıcı, bir vaxtlar futbolçu kimi çıxış etdiyi  “Napoli”nin  baş məşqçisi olacaq.

 

Bu barədə Maradona özü İtaliya mətbuatına açıqlama verib:  “Neapollularla aramda ata-oğul münasibəti var. 30 illik fasilədən sonra Napoliyə ilk dəfə gəldiyim günün həyəcanını hiss edirəm. Bu klubu çalışdırmaq dünyada istədiyim ən önəmli şeydir. Məqsədim komandanı toparlayaraq, "Yuventus", "Milan", "İnter" və "Roma" kimi klublarla başabaş mübarizə aparmaqdı".

 

Qeyd edək ki, D.Maradona 1984-1991-ci illərdə "Napoli"də çıxış edib. Beş ildir işsiz olan 56 yaşlı Maradona son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunu çalışdırıb.

Xəbər xətti