Memfis Depayın yeni komandasının adı məlum oldu

13:55 - 19 Yanvar 2017

“Mançester Yunayted”in futbolçusu Memfis Depay karyerasını Fransada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, bu transfer I Liqa klubuna 24 milyon avroya başa gələcək. Depay “Lion”da özünü yaxşı tərəfdən göstərsə, bu məbləğ 30 milyon avroya qədər artacaq. Müqavilənin bəndlərindən birinə əsasən "Mançester Yunayted" hollandiyalını yenidən transfer etmək hüququna malikdir. Bundan əlavə, “Lion” Depayı digər kluba satsa, "Mançester Yunayted"ə də ödəniş edəcək.

 

Xatırladaq ki, “qırmızı şeytanlar” Depayı 2015-ci ildə PSV-dən 34 milyon avro qarşılığında transfer etmişdi.

 

Xəbər xətti