Qabriel Jezus: "Mənim üçün çətin olacağını bildirmişdilər"

01:29 - 7 Fevral 2017

"Mançester Siti"nin hücumçusu Qabriel Jezus açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı braziliyalı futbolçu komandaya uyğunlaşdığını bildirib:

 

“Yaxşı çıxış etdiyimi və kluba adaptasiya olduğumu söyləyə bilərəm. Premyer Liqa təcrübəsi olan futbolçular mənim üçün çətin olacağını bildirmişdilər. Ancaq çox çalışacağım halda, qollar vuracağımı demişdilər. Məsləhətləri dinləyirəm. İlk oyunlarda bu nəticələri gözləmirdim. Məncə, yaxşı startdır. "Mançester Siti"də titullar qazanmaq istəyirəm".

 

Xatırladaq ki, "Mançester Siti" Jezusu qış transfer pəncərəsində "Palmeyras"dan 32 milyon avro qarşılığında transfer etmişdi. Gənc forvard "şəhərlilər"in heyətində 3 qol vurub və 2 assist edib.

Xəbər xətti