Elxan Abdullayev: "AZAL Arena"dakı oyunlar hər bir komanda üçün ağır keçir"

17:40 - 27 Fevral 2017

Azərbaycan Premyer Liqasının 20-ci turunun ilk matçında AZAL doğma meydanda "Neftçi"ni qəbul edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma "Neftçi"nin 1 - 0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra keçirilən mətbuat qonaqların baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyunun belə ağır keçəcəyini bilirdik. Matçdan əvvəl də bilirdik ki, "AZAL Arena"dakı oyunlar hər bir komanda üçün ağır keçir. Buna baxmayaraq biz bura 3 xal üçün gəlmişdik və bunu da qazandıq. Komandanı təbrik edirəm. AZAL-a da gələcək oyunlarda uğurlar arzu edirəm. 

Xəbər xətti