Tərlan Əhmədov: "Peşəkar futbolçu hər bir problemə hazır olmalıdı"

Azərbaycan Premyer Liqasının XXI turunda baş tutan “Kəpəz” – AZAL oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyun haqda fikirlərini bildirib.

 

- O, oyunun çətin keçdiyini deyib: “Nəticə oyuna görədi. Hansısa komanda bir səhv etsəydi, qalib gələcəkdi. Oyunun sonunda qol vurduğumuza görə futbolçulara təşəkkür edirəm. Komandamızın son dəqiqədə qol vurması məni sevindirdi. Çünki biz əvvəlki oyunlarda son dəqiqələrdə qol vurmaq əvəzinə, qollar buraxırdıq. Bu gün hesabda geri düşdüksən sonra qol vurduqsa, deməli, nəsə dəyişib. Bu gün hər iki komanda mübarizə aparırdı. Belə meydançada futbol oynamaq kişilik, mərdlik tələb edir ki, bunu hər iki komandanın futbolçuları bacardılar.  

 

Əhmədov komandasının heyətində bəzi futbolçuların hazırlıq baxımından problemi olduğunu vurğulayıb: “Bildiyiniz kimi, millinin oyununu görə təqvimdə dəyişikliklər olub. Bu zamanda zədəlilərimiz və fiziki durumu zəif olan futbolçularımızı qazanmağa çalışacağıq. Hazırda Bəxtiyar Soltanovun fiziki durumu yaxşı deyil, uzun müddətdi futbol oynamırdı. Rəşad Abdullayevin adını bu gün iştirak ərizəsinə daxil etməmişdik. Amma yaxın günlərdə onların xidmətindən istifadə edəcəyik .İnşallah çalışacağıq ki, bu gün qazandığımız  1 xalın davamını gətirək”.

 

Çalışdırıcı “Kəpəz”in stadionunun durumundan danışıb: “Demirəm ki, meydançanın durumu yaxşı olsaydı, biz qələbə qazanacaqdıq. Bunu əvvəldən demək olmaz. Hər iki komandanın heyətində təcrübəli futbolçular var. Məsələn, danışaq “Kəpəz”in futbolçudu Dario Frederikodan...İstədiyini meydanda edə bilməməsi onun psixoloji durumuna təsir edir. Bizim  dövrdə “Kəpəz”in stadionu ən ideal meydançalardan biri idi. Futbolçularıma da bunu demişdim ki, biz vaxtilə belə oynamışıq və meydançanın durumu bəhanə olmamalıdır. Peşəkar futbolçu hər bir problemə hazır olmalıdır”.

 

Mütəxəssis komandasının turnir cədvəlinin son pillədən qurtulmasının çətin olduğunu, amma bunun üçün çalışacaqlarını vurğulayıb: “Premyer Liqada yuxarı pillələrə yüksəlməyimiz çətin məsələdir. Özümüzdən 1 pillə yuxarıda olan komanda ilə xal fərqimiz yüksəkdir.  Bunu etmək üçün qarşıdakı bütün oyunlarda qələbə qazanmaq lazımdır. Amma bizim qarşıda “Qəbələ” və “Qarabağ”la oyunlarımız var. Bizim üçün nə qədər çətin olsa da, çalışacağıq”.

Tarix: 5 Mart [18:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Noyabr 2017
22  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio