Evində zədələnən futbolçu əməliyyat olunacaq

18:55 - 6 Mart 2017

"Atletiko" klubunun kapitanı Qabi əməliyyat olunacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb futbolçunun barmaqlarının zədələnməsidir. Belə ki, o, evində olarkən barmaqlarını zədələyib. Bu səbəbdən 33 yaşlı futbolçu əməliyyat ediləcək.

 

Xatırladaq ki, Qabi "Valensiya" ilə oyunda (3 - 0) sarğı ilə meydana çıxmışdı. Lakin əməliyyat lazım gəldiyindən o, "Qranada" ilə qarşılaşmanı buraxacaq.

Xəbər xətti