Qvardiola: "Gələcəyə hesablanmış transferlər etməyi düşünürük"

17:58 - 7 Mart 2017

"Mançester Siti" yay transfer pəncərəsinin ən fəal komandalarından biri olacaq.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola yayda heyətlərini gənc və gələcək vəd edən oyunçularla gücləndirəcəklərini bildirib. İngiltərə nəhənginin bütün mövqelərə futbolçular transfer edəcəyi gözlənilir.

 

Klubun rəsmi saytına açıqlama verən ispan mütəxəssis transferlə bağlı planlar hazırladıqlarını vurğulayıb:

 

"Mən, idman direktorumuz və məşqçilər korpusumuz transferlə bağlı planlar qururuq. Gələcəyə hesablanmış transferlər etməyi düşünürük. Leroy Sane, Rahim Sterlinq və Qabriel də onsuz da buna görə komandadadı. Hamısı 20 yaşlardadı"

Xəbər xətti