Arsen Venger “Bavariya”nın təklifini niyə qəbul etməyib?

02:22 - 8 Mart 2017

“Bavariya” klubunun baş direktoru Karl-Hayns Rummenigge “Arsenal”ın baş məşqçisi Arsen Vengerlə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 61 yaşlı klub rəsmisi təcrübəli mütəxəssisin “Bavariya”da çalışmaq təklifini  qəbul etmədiyini bildirib:

 

“1990-cı illərdə Arsenal”dan  öncə, “Bavariya”ya keçməsi ilə bağlı Arsen Venqerə bir dəfə təklif irəli sürülmüşdü. Lakin o, başqa qərar verdi və Yaponiyadan gələn təklifi qəbul etdi. O, daha çox, daha fərqli təcrübə qazanmaq istəyirdi. Bu səbəbdən Vengerlə razılıq əldə edilməmişdi”. 

 

Onu da qeyd edək ki, Arsen Venger 1996-cı ildən “Arsenal”a rəhbərlik edir və mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Xəbər xətti