Spalletti: “Uğur yoxdursa, getməliyəm”

01:06 - 10 Mart 2017

“Roma” klubunun baş məşqçisi Lusiano Spalletti açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 58 yaşlı çalışdırıcı bu mövsüm paytaxt klubu ilə hər hansı bir medal qazanmadığı  təqdirdə klubdan ayrılacaq:

 

“Müxtəlif səbəblərə görə, burada qalib olmaq çətindir. Nəyisə düşünmək üçün çox zamanımız yoxdur. Çünki hər şey çox sürətli inkişaf edir. Qaydalar isə çox sadədir. Əgər mən bir uğur qazanmamışamsa, nəticə yoxdursa, getməliyəm”. 

 

Qeyd edək ki, Luçano Spalletti 2016-cı ildən “sarı-qırmızı”lara rəhbərlik edir.

Xəbər xətti