Oruc Balaşlı: "Premyer Liqada azı 15 qol vura bilərəm" MÜSAHİBƏ

19:19 - 10 Mart 2017

Azərbaycan I Divizionunun 19-cu turunda İmişlinin “Mil-Muğan” klubu dogma meydanda “Zaqatala”nı qəbul edib və 0:1 hesabı ilə uduzub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Zaqatala"nın hücumçusu Oruc Balaşlı jurnalistlərin suallarını cavablandırıb:

 

-    Oyun çətin keçdi. Meydan da çox ağır idi. Ardıcıl oyunlarda xallar itirmişdik. Bizə qələbə vacib idi. Çox sevinirik ki, bunu bacardıq.

 

-    Son zamanlar komandanın əldə etdiyi uğursuz çıxışı nə ilə əlaqələndirirsən?
-    Əsas heyət üzvümüzdən 3 nəfər zədəli idi. Məncə, əsas səbəb budur. Buna görə, qış fasiləsindən sonra zəif başladıq.

 

-    Lider “Turan Tovuz”dan 8 xal geridəsiz. Medal qazanmaq və çempionluq şanslarınını necə dəyərləndirirsən?
-    Əlimizdən gələni edəcəyik ki, çempion olaq. Amma bu, çətindi. Minimum 2-ci yerə sahib olmalıyıq. Qarşımıza hədəf kimi ilk 2 pillə qoyulub.

 

-    23 qolla I Divizionun ən sərrast futbolçususan. “Zaqatala”da qalmaq istəyirsən, yoxsa təkliflər var?
-    Təkliflər yoxdu. Amma istəyirəm ki, yüksəsk liqaya vəsiqə qazanaq və Premyer Liqada bombardir olum.

 

-    Premyer Liqaya vəsiqə qazansaz, I Diviziondakı performansını Premyer Liqada sərgiləyə biləcəksən?
-    Özümə güvənirəm. 25-30 qol vura bilməsəm də, inanıram ki, azı 15 qol vura bilərəm.

 

-    Ötən il Röyal Nəcəfov I Divizionda 24 qol vurmuşdu. Amma hazırda AZAL-ın heyətində fərqlənə bilməyib. Ola bilər ki, səni də eyni aqibət gözləsin?
-    Özümə inanıram. İstədiyim kimi oynasam, bacaracam.

Xəbər xətti