Kamranla Eminə "Boavişta"da yer yoxdu? VİDEO

11:11 - 13 Mart 2017

Portuqaliya Premyer Liqasında 25-ci turun oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" doğma meydanda "Maritimu"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3 - 0 hesablı qələbəsiylə başa çatıb.
 
Millimizin üzvlərinin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Bu qələbədən sonra xalını 33-ə çatdıran “Boavişta” 10-cu yerdən 8-ci pilləyə yüksəlib.

 

Xəbər xətti