Şəhriyar Əliyev: "Məqsədimiz qələbədir"

14:16 - 17 Mart 2017

“Sonuncu oyunumuzla qarşıdakı matç arasında vaxt az olsa da, yaxşı hazırlaşmışıq. Əslində bütün görüşlərə eyni formada məşq edirik. Sadəcə, “Zirə” ilə oyuna kimi bəxtimiz gətirmirdi".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev klubun rəsmi saytına açıqlamasında bildirib.

 

Azərbaycan Premyer Liqasının XXIII turunda “Kəpəz” Gəncə şəhər stadionunda “Sumqayıt”ı qəbul edəcək. Müdafiəçi sabahkı matçda 3 xal qazanmağa çalışacaqlarını söyləyib: "Məqsədimiz qələbədir. Qarşımızda duran əsas vəzifə xal ehtiyatımızı artırmaqla turnir cədvəlində yerimizi yuxarıya doğru dəyişməkdir. Həm də Novruz öncəsi olduğundan bayrama yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik”.

Xəbər xətti