Millimizin üzvü "Bursaspor"un start heyətində

16:23 - 19 Mart 2017

Türkiyə Super Liqasında 25-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfinin qoruduğu "Bursaspor" doğma meydanda "Alanyaspor"u qəbul edir. Artıq bu matçda komandaların meydana çıxacağı heyətlər müəyyənləşib. Millimizin üzvü qarşılaşmaya start heyətdə başlayacaq.

 

Qeyd edək ki, "Bursaspor" - "Alanyaspor" görüşü Bakı vaxtilə saat 17:00-da başlayacaq.

Xəbər xətti