Nağıyev "Dnepr"ə qələbə qazandırdı VİDEO

23:37 - 1 Aprel 2017

Futbol üzrə Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası - "Dnepr" doğma meydanda "Zirka" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da məhz 32-ci dəqiqədə Dmitri vurub.

 

"Dnepr" hazırda elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları arasında 13 xalla 4-cü pillədə qərarlaşıb.

 

Xəbər xətti