Şəhriyar Rəhimov: "Matçın taleyini təkbaşına həll edən futbolçu deyiləm"

01:11 - 2 Aprel 2017

“Mənim yoxluğum düşünmürəm ki, komandanın oyununa təsir etsin. Matçın taleyini təkbaşına həll edən futbolçu deyiləm".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Kəpəz"in futbolçusu Şəhriyar Rəhimov klubunun rəsmi saytına açıqlamasında bildirib.

 

Çempionatın XXIV turunun “Qarabağ”a qarşı görüşünü cəza səbəbindən buraxacaq sol cinah müdafiəçisi cari mövsümdə ilk dəfə “Kəpəz”ə kömək edə bilməyəcək. Buna kimi bütün matçlarda əsas heyətdə çıxış etmiş rekordçu Rəhimov yerinə oynayacaq futbolçunun komandaya maksimum şəkildə faydalı olmağa çalışacağını söyləyib:

 

"Əsas odu ki, “Kəpəz” son turlardakı uğurlu çıxışını davam etdirə bilsin. Çempionatda bundan əvvəlki matçlarda forma geyinmişəm. Təbii ki, bütün qarşılaşmalarda oynamaqla fərqlənmək istərdim”.

Xəbər xətti