Səlahət Ağayev oynamağa hazırdı

17:50 - 6 Aprel 2017

Paytaxtın “İnter” klubunun qapıçısı Səlahət Ağayev zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, millimizin Dohada Qətərə qarşı keçirdiyi yoxlama oyununda zədə alan futbolçu artıq oynamaq üçün tam hazırdır. Təcrübəli "əlcək sahibi" qarşıdakı oyunlarda komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, “İnter” Premyer Liqada növbəti oyununu aprelin 10-da “Zirə”yə qarşı keçirəcək.

Xəbər xətti