İngiltərə Premyer Liqasında 32-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" səfərdə autsayder "Sanderlend"i 3:0 hesabıyla məğlub edib.
Premyer Liqanın turnir cədvəlində "Mançester Yunayted" 57 xalla 5-cidir. "Qırmızı şeytanlar"ın 2 oyunu ehtiyatdadı. Lider isə 75 xalla "Çelsi"dir. "Sanderlend" 20 xalla sonuncu pillədədir.
"Sanderlend" 0 - 3 "Mançester Yunayted"
Qollar: İbrahimoviç, 30, Mxitaryan, 46, Reşford, 89