Ayağı qırılan futbolçu üçün mövsüm başa çatdı

19:25 - 19 Aprel 2017

"Bornmut"un futbolçusu Cek Uilşer mövsümü erkən başa vurub.
 
Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 33-cü turunda “Tottenhem”lə matçda ayağı qırılan yarımmüdafiəçinin mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi məlum olub.
 
Qeyd edək ki, yayda “Arsenal”dan icarə əsasında "Bornmut"a keçən 25 yaşlı ingiltərəli futbolçu 29 matçda meydana çıxıb. 

Xəbər xətti