Sərgən Yalçın istefa verdi

11:05 - 23 Aprel 2017

Türkiyə Super Liqasında baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Kayserispor"un çalışdırıcısı Sergen Yalçın tutduğu vəzifədən gedib.

 

Belə ki, "Kayserispor" Super Liqanın son turunda səfərdə "Gənclərbirliyi"nə 1:4 hesabı ilə uduzub və ardıcıl 4-cü məğlubiyyətini alıb. Oyundan sonra isə komandanın çalışdırıcısı Sergen Yalçın istefa verdiyini söyləyib.

 

Qeyd edək ki, "Kayserispor" Super Liqanın turnir cədvəlində 28 turdan sonra topladığı 27 xalla 15-cidir.

Xəbər xətti