Emin Mahmudovun oynadığı matçda "Boavişta" qalib gəldi

00:19 - 30 Aprel 2017

Portuqaliya Premyer Liqasında 31-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" doğma meydanda "Tondela"nı qəbul edib. Qarşılaşma Porto təmsilçisinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Emin Mahmudov oyuna ehtiyat oyunçular skamyasında başlasa da, 61-ci dəqiqədə meydana daxil olub. O, Anderson Karvalyonu əvəzləyib.

 

Qeyd edək ki, "Boavişta" 31 turdan sonra 38 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 

Xəbər xətti