Nani "Valensiya"dan ayrılır

11:08 - 2 May 2017

“Valensiya”nın portuqaliyalı ulduz futbolçusu Luiş Nani komandadan ayrılmaq istəyir.

 

Sportal.az xəbər verir ki, Nani “yarasalar”da xoşbəxt deyil və motivasiya azlığından əziyyət çəkir. Bu səbəbdən Nani ayrılıq barədə düşünür. Maliyyə problemləri olan “Valensiya” 30 yaşlı cinah futbolçusunu satmağa hazırdı.

 

Mövsümün əvvəlində “Fənərbaxça”dan 8,5 milyon avroya transfer edilən Nani, cari mövsümdə şans qazandığı 23 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə verib. 

Xəbər xətti