"Kəpəz"də gözlənilməz ayrılıq

10:54 - 4 May 2017

“Kəpəz”də gözlənilməz ayrılıq reallaşıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Dario Federiko, Tadas Simaitis və Nicat Qurbanovun ardından daha bir futbolçunun Gəncə klubunun sıralarını tərk etdiyi dəqiqləşib. 


Əldə etdiyimiz məlumata görə, “sarı-göylər” kapitanı Tural Axundovla yollarını ayırırb. Gəncə təmsilçisi kapitana yeni müqavilə təklif etməyib. Mövsüm ərzində 26 oyunda forma geyinən və 5 qol vurmağı bacaran müdafiəçinin gedişi bir qədər gözlənilməz olub. 

 

Qeyd edək ki, Tural Axundov 2015-ci ildən “Kəpəz”də çıxış edirdi.

Xəbər xətti