Advokat millinin "sükanı arxası"na keçdi - RƏSMİ

12:54 - 9 May 2017

Hollandiya millisinin yeni baş məşqçisi vəzifəsinə Dik Advokat təyin edildi.
 
Sportal.az xəbər verir ki, bu barədə məlumatı Hollandiya Futbol Federasiyası yayıb. 69 yaşlı mütəxəssislə 2017-ci ilin noyabr ayına qədər müqavilə imzalanıb. Komanda DÇ-2018-in final mərhələsinə vəsiqə qazansa, onunla müqavilənin müddəti artırılacaq.
 
Advokatın köməkçisi isə Ruud Qullit olacaq.
 
Qeyd edək ki, Hollandiya DÇ-2018-in seçmə mərhələsində A qrupunda mübarizə aparır və 5 turdan sonra 7 xalla 6 komanda arasında 4-cüdür.

Xəbər xətti