Alleqri: "Bu iş mənə həzz verir, rahat oluram"

11:05 - 10 May 2017

Çempionlar Liqasının yarımfinal mərhələsində “Yuventus” “Monako”nu 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Turin təmsilçisinin baş məşqçisi Massimilyano Alleqri qələbəni şərh edib:

 

“Oyunçularımın bu uğuruna görə çox xoşbəxtəm. Finala vəsiqə əldə etdilər. Ancaq heç nə əldə etməmişik. Digər oyunlara köklənməliyik. Baş məşqçilik etməkdən xoşum gəlir, bu iş mənə həzz verir, rahat oluram. Ancaq stress yüksələndə bu işdən zövq almıram. Həmin anlarda başa düşürəm ki, nəsə dəyişməlidir. Finala yüksəlmək hələ heç nə demək deyil. Ümid edirəm ki, bu il ÇL-ni qazanmaq üçün münasib vaxtdır. Bunun üçün böyük şansımız var. Finalda daha sakit davranmaq lazımdır. Amma biz “Roma” ilə səfər matçını düşünürük. Həmin oyunda qalib gəlib A Seriyasında çempion olmaq istəyirik. Ardından isə “Latsio” ilə ölkə kubokunun finalında qarşılaşacağıq”.

Xəbər xətti