Vüqar Nadirov "Qarabağ"dan ayrıldı

18:18 - 11 May 2017

"Qarabağ"dan ayrılan növbəti futbolçunun adına aydınlıq gəlib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanın hücumçusu Vüqar Nadirovla yollar ayrılıb. 

 

"Qarabağ" Nadirova komandada göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, Vüqar Nadirov bu mövsüm "Qarabağ"da əsas heyətə düşməkdə çətinlik çəkirdi.

 

Əlavə edək ki, serbiyalı qolkiper Boyan Şaranov da "Qarabağ"dan ayrılıb.

Xəbər xətti