"Qarabağ"da daha bir müqavilə

19:35 - 11 May 2017

"Qarabağ" növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Qara Qarayevin ardından daha bir futbolçu ilə müqavilə yeniləyib.

 

Milli komandamızın da üzvü olan Əfran İsmayılov daha iki il "Qarabağ" şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Əfran İsmayılov cari mövsümdə "Qarabağ"ın heyətində 36 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti