Ən gözəl qolun müəllifi mükafatına qovuşdu

16:35 - 17 May 2017

Peşəkar Futbol Liqası futbol üzrə Azərbaycan 1-ci divizionunda aprel ayının ən gözəl qolunun müəllifi seçilmiş Rüfət Məmmədovu (Qaradağ Lökbatan) mükafatlandırıb.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasına dəvət olunan oyunçuya xüsusi hədiyyə və əvvəlcədən nəzərdə tutulduğu kimi, 500 manat məbləğində pul mükafatı verilib.

 

Mükafatları PFL-in baş direktoru Məlik Həsənov təqdim edib.

Xəbər xətti