İsveç liqasında məğlubiyyətə görə pul təklif edildi - oyun təxirə salındı

15:15 - 18 May 2017

İsveç Futbol Federasiyası bu gün İsveç Liqasının 9-cu turunda keçiriləsi planlaşdırılan “Göteborq” – AİK matçını təxirə salıb. 

 

Sportal.az xəbər verir ki, Federasiyanın rəsmi saytından edilən açıqlamaya görə, AİK-in futbolçularından biri komanda üzvlərinə “Göteborq”a uduzmalarına külli miqdarda pul təklif edildiyini bildirib.

 

Məlumatdan sonra Federasiya oyunu təxirə salıb. İsveç Futbol Federasiyasının baş katibi Hakan Syörtsand bunları bildirib:

 

“Bu, İsveç futbolunu ləkələmək üçün atılmış addımdır. Bunu qəbul edə bilmərik. Əlimizdəki məlumatlara görə “Göteborq” – AİK matçının təmiz keçəcəyini qaranti verə bilməzdik. Bu səbəbdən oyunu təxirə saldıq”.

Xəbər xətti