Millimizin üzvü "Osmanlıpor"un hədəfində

17:40 - 18 May 2017

Türkiyənin "Bursaspor" klubun əsas komandasından uzaqlaşdırılan millimizin üzvü Dəniz Yılmaz təklif alıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində Superliqada mübarizə aparan "Osmanlıspor" klubu maraqlıdır. Türkiyə mətbuatının yaydığı xəbərə görə, mövsümün əvvəlində "Bursaspor"un "sükanı arxası"nda olan, hazırda isə "Osmanlıspor"da çalışan Hamza Hamzaoğlu forvardı yenidən rəhbərliyi altında görmək istəyir.

 

Klubun yaxın günlərdə Dəniz Yılmaza görə "Bursaspor"a müraciət edəcəyi gözlənilir. Əgər tərəflər arasında razılıq əldə olunsa, Dəniz gələn mövsümdən "Osmanlıspor"un formasını geyinəcək. 

 

Qeyd edək ki, Dəniz Yılmazın "Bursaspor"la müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. Hücumçu cari mövsüm ərzində 19 matçda forma geyinib və 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti