Almaniya millisinin üzvü 6 aylıq sıradan çıxdı

18:47 - 28 May 2017

“Borussiya”nın yarımmüdafiəçisi Marko Roys Almaniya kubokunun “Ayntraxt”a qarşı keçirilən final matçında ciddi zədə alıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu matçın ilk hissəsində zədələnib. Fasilədən sonra isə futbolçu əvəzlənib.

 

Roysun çarpaz bağlarında zədə olduğu bildirilir. Əgər bu ehtimal təsdiqlənərsə, o zaman Dortmund klubunun oyunçusu 6 ay yaşıl meydanlardan kənarda qala bilər.

Xəbər xətti