"Monako"nun daha bir futbolçusu "Mançester Siti" yolunda

12:47 - 29 May 2017

"Mançester Siti" "Monako"nun növbəti futbolçusunu transfer etməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" Benjamin Mendini keçidini həll etmək üzrədir. 22 yaşlı cinah müdafiəçisinin transferi Premyer Liqa klubuna 45 milyon avroya başa gələcəyi bildirilir. Fransa millisinin üzvü ilə 5 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, "Mançester Siti" "Monako"dan bir neçə gün əvvəl Bernardo Silvanı 69 milyon avro qarşılığında transfer edib.

Xəbər xətti