Totti: "Daha bir il oynamaq istəyirəm"

10:34 - 31 May 2017

Mayın 28-də “Roma”da son matçını keçirən əfsanəvi Françesko Totti karyerasını başa vurmadığını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı futbolçu daha bir mövsüm futbol oynayacağını bildirib: “Karyeramı davam etdirəcəm. Harda oynayacağımı isə bilmirəm, amma daha bir il oynamaq istəyirəm”.

 

Qeyd edək ki, Tottinin Amerika MLS klublarından birinə keçəcəyi gözlənilir.

Xəbər xətti