Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanan komandalar SİYAHI

10:46 - 2 İyun 2017

“Qəbələ”, “İnter” və “Zirə” klubları bu mövsüm ölkəmizi Avropa Liqası turnirində təmsil edəcəklər.

 

Sportal.az xəbər verir ki, paytaxt klubları – “İnter” və “Zirə” mübarizəyə I təsnifat mərhələsindən start verəcəklər. “Qəbələ” isə yarışa II təsnifat mərhələsindən qoşulacaq.

 

Reqalamentə görə 16 komanda Avropa Liqasının qrup mərhələsində birbaşa vəsiqə qazanacaq. Turnirin qrup mərhələsinə birbaşa vəsiqə qazanan 14 komanda isə artıq məlumdur:

 

İspaniya: “Vilyarreal”, “Real Sosyedad”
İngiltərə: “Arsenal”
Almaniya: “Köln”, “Herta”
İtaliya: “Latsio”, “Atalanta”
Fransa: “Lion”
Rusiya: “Lokomotiv”
Ukrayna: “Zarya”
Belçika: “Zulte-Vareqem”
Hollandiya: “Vitess”
Türkiyə: “Konyaspor”

Xəbər xətti