Ronaldo yeni imicinin səbəbini açıqladı

16:50 - 5 İyun 2017

"Real"ın futbolçusu Kristiano Ronaldonun yeni imici maraqla qarşılanıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı ulduz Çempionlar Liqasının finalında "Yuventus"u 4 - 1 hesabı ilə məğlub etdikləri matçdan sonra saçlarını kəsdirib. 32 yaşlı hücumçu bunun səbəbini açıqlayıb:

 

"Bir söz vermişdim. Çempionlar Liqasının qalibi olsaq və finalda qol vursam, saçlarımı kəsdirəcəyimi demişdim.

 

Komandam üçün hər zaman ən yaxısını etməyə çalışıram. Rəqəmlər heç vaxt yalan danışmaz. Mənə hər zaman güvənə bilərsiz"

 

Qeyd edək ki, Ronaldo finalda vurduğu 2 qolla "kral klubu"nun ÇL kubokunu qazanmasında böyük pay sahibi olub.

Xəbər xətti