Vüqar Nadirovun yeni klubu məlum oldu

14:43 - 9 İyun 2017

Azərbaycan milli komandasının sabiq üzvü Vüqar Nadirovun yeni klubu müəyyənləşib. “Qarabağ”dan ayrılan futbolçu karyerasını “Səbail”də davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Futbol11.az saytına oyunçunun özü məlumat verib. Nadirov bildirib ki, az öncə 1 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, 29 yaşlı hücumçu karyerası ərzində "Qarabağ", "Xəzər Lənkəran", "Masallı", "Qəbələ" və "İnter" kimi klublarda oynayıb.

Xəbər xətti