Ronaldoya vergi şoku: 14,7 milyon avro

Madrid prokurorluğu Kristiano Ronaldoya qarşı iddia qaldırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb "Real"ın ulduzunun vergidən yayınmasına görədi. Portuqaliyalı futbolçunun 14,7 milyon avro məbləğındə vergidən yayındığı bildirilir.

 

Prokurorluq 31 yaşlı hücumçunun 2011-ci ildə 1,4 milyon, 2012-ci ildə 1,7 milyon, 2013-cü ildə 3,2 milyon, 2014-cü ildə isə 8,5 milyon avro vergidən yayındığı iddia edilir.

 

Ronaldo məhkəmə qarşısında cavab verməli olacaq.

Tarix: 13 İyun [16:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Aprel 2018
25  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio