Samir Məsimov Rusiya klubunda

12:12 - 19 İyun 2017

U-21 millimizin sabiq futbolçusu Samir Məsimov Rusiyanın I Divizionunda çıxış edə bilər.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi "Fakel klubunda baxışdadır. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məsimov Voronej klubuna qoşulan 15 futbolçudan biridir.

 

Samir "Fakel”in "Avanqard”a 4:3 hesabı ilə qalib gəldiyi yoxlama görüşündə də iştirak edib.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu 2015/16 mövsümünün qış transfer dönəmində "Neftçi"dən Sloveniyanın "Domjale" klubuna keçmişdi. Sloveniya təmsilçisində işləri yolunda getməyən yarımmüdafiəçi "Domjale"dən ayrıldıqdan sonra bir müddət Qazaxıstanın "Okjetpes" klubunda baxışda da olmuşdu. Məsimov qış fasiləsində klub tapmadığı üçün AZAL-da çıxış etmişdi.

Xəbər xətti