"Zirə" - "Differdanj" matçı onun üçün xüsusi əhəmiyyət kəsb edəcək

15:19 - 23 İyun 2017

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Zirə” – “Differdanj” matçının baş hakimi qazaxıstanlı Daniyar Saxi olacaq.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı referi avrokuboklarda ilk dəfə baş hakim kimi oyun idarə edəcək. Bu, qazaxıstanlı FİFA referinin avrokuboklarda baş hakim kimi idarə etdiyi ilk oyun kimi tarixə düşəcək.

 

Ötən il "Dalğa Arena"da keçirilən "Kəpəz" - "Daçiya" matçında (0:0) 4-cü hakim fuksiyasını yerinə yetirən Daniyar Saxi ilk dəfə baş hakim olacaq.

 

Saxi beynəlxalq arenada 2 oyunda ədalət təmsilçisi olub. Gənc referi 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində Finlandiya – Ukrayna (2:1) və Hollandiya – Ukrayna (2:0) qarşılaşmalarını idarə edib.

Xəbər xətti