Volkan Dəmirəl Azərbaycana gələsi olmadı

17:49 - 28 İyun 2017

Türkiyə millisinin sabiq qapıçısı Volkan Dəmirəl növbəti mövsümdə də "Fənərbaxça"da çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu müqaviləsi başa çatacaq təcrübəli qolkiperi heyətində saxlamağa qərar verib.

 

Artıq hazırlıqda iştirak edən Dəmirəl "Fənərbaxça" ilə yaxın günlərdə rəsmi müqaviləyə imza atacaq.

 

Xatırladaq ki, Volkanın agenti Erdinç Şehit təcrübəli əlcək sahibinə Azərbaycan klubların birindən təklif gəldiyini açıqlamışdı.

Xəbər xətti