Kloze: "Baş məşqçi olmağa tələsmirəm"

19:34 - 28 İyun 2017

Almaniya millisinin məşqçisi Miroslav Kloze gələcək planlarından danışıb. 

 

Sportal.az xəbər verir ki, veteran futbolçu baş məşqçi kimi fəaliyyətə başlamağa tələsmək istəmədiyini bildirib:

 

“Karyeramı yenicə bitirmişəm. Ona görə də baş məşqçi kimi fəaliyyətə başlamağa tələsmirəm. Hazırkı işimdən zövq alıram. Gənclərə yeni nəsə öyrətmək çox xoşdur”.

 

Miroslav Kloze ötən ildən Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün köməkçisi kimi çalışır.

Xəbər xətti