"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın hazırlıq səviyyəsi daha yüksək olmalı idi"

10:53 - 29 İyun 2017

"Qarabağ" yoldaşlıq oyununda Rusiyanın "Dinamo" klubuna 0:1 hesabıyla uduzub.

 

Sportal.az xəbər verir ki, Moskva təmsliçisinin baş məşqçisi Yuri Kalitvintsev matçdan sonra klubun rəsmi saytına açıqlama verib:

 

"Qarabağ" təcrübəli və yaxşı qurulmuş komandadır. Bu komandanı çoxdan izləyirəm və onları bəyənirəm. Həmişə Çempionlar Liqası və Avropa Liqasında çıxış edirlər. “Qarabağ”ın hazırlıq səviyyəsi daha yüksək olmalı idi. Çünki onlar tezliklə ÇL-də mübarizəyə start verəcəklər. Ancaq "Qarabağ"a olan bütün hörmətimə baxmayaraq, bu qarşılaşmaya görə hansımızın iki həftə sonra Çempionlar Liqasında oynayacğını deyə bilmərəm. Futbolçularımın işinə yanaşması, tapşırıqları yerinə yetirməsi və oyun intizamı məni sevindirdi".

Xəbər xətti