Millimizin futbolçusu "Samsunspor"a keçidindən danışdı

01:01 - 1 İyul 2017

"Başqa təkliflərim də var idi. Təklifləri götür-qoy etdikdən sonra qərar verdim və "Samsunspor"a keçməyə razılıq verdim".

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin üzvü Ufuk Budak deyib. Sağ cinah müdafiəçisinin Türkiyənin "Samsunspor" klubuna keçidi bu gün rəsmiləşib. "Manisaspor"dan ayrılan futbolçu Samsun təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. 

 

Türkiyə mətbuatına açıqlama verən 27 yaşlı futbolçu yeni klubuna keçidindən danışıb: "Samsunspor" kimi böyük tarixə malik klubun üzvü olduğum üçün özümü xoşbəxt hiss edirəm. Komanda yoldaşlarım kimi, mən də "Samsunspor"un Superliqaya vəsiqə qazanması üçün əlimdən gələni edəcəm".

 

Budak "Samsunspor"un heyətində meydana çıxacağı günü səbrsizliklə gözlədiyini vurğulayıb: "Samsun futbol şəhəridi və komandamızın möhtəşəm azarkeşləri var. Azarkeşlərimizin qarşısına çıxmağı səbrsizliklə gözləyirəm".

 

Qeyd edək ki, millimizin heyətində 17 oyun keçirən Ufuk Budak karyerası ərzində Almaniyanın “Ülm”, “Frayburq” və Türkiyənin “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” kimi komandalarda çıxış edib. 

Xəbər xətti