Gürcülər Qurban Qurbanova hədiyyə verdi FOTO

19:09 - 10 İyul 2017

Sabah "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək. 

 

Sportal.az xəbər verir ki, oyundan öncə "Azərsun Arena"da təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Tədbir maraqlı hadisə ilə yadda qalıb. 

 

Belə ki, Gürcüstandan gələn jurnalistlərdən biri Qurbanovu əvvəlcə Azərbaycan dilində salamlayıb və hədiyyə təqdim edib. O, çalışdırıcıya qələm, gürcü çaxırı və qədəh verib

 

Qurbanov isə öz növbəsində hədiyyəyə görə təşəkkür edərək, içki içmədiyini bildirib.

 

Qurban Qurbanova sürpriz hədiyyə - <span style='color: red; background: #FFF; font-weight: bold; font-size: 16px;'>FOTO</span>

Xəbər xətti