"Yagelloniya"nın 5 futbolçusu "Qəbələ" ilə oyunu buraxa bilər

14:52 - 12 İyul 2017

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qəbələ”nin qonağı olacaq “Yagelloniya” Bakıya tam heyətlə gələ bilməyəcək.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Pşemislav Frankovski qarşıdakı matçda baş məşqçinin ixtiyarında olmayacaq. Buna səbəb 22 yaşlı futbolçunun Polşanın gənclər millisinin düşərgəsindən zədəli dönməsidi. Frankovski fərdi məşqlərə başlasa da, klubun həkimləri onun iki həftədən sonra sıraya dönə biləcəyini bildiriblər. Bu isə o deməkdi ki, gənclər yığmasının üzvü böyük ehtimalla “Qəbələ” ilə cavab görüşünü də buraxacaq.

 

Bundan əlavə, müdafiəçilər Ziqmunt Qordon, Pyotr Tomaşik, yarımmüdafiəçi Rafal Qjib və hücumçu Karol Sviderski də son vaxtlar zədədən əziyyət çəkirlər. Onların "Qəbələ"yə qarşı oynayıb-oynamayacağı müəyyənləşməyib. 

 

Qeyd edək ki, "Qəbələ" - "Yagelloniya" oyunu iyulun 13-də keçiriləcək. 

Xəbər xətti