Filip Ozobiç: "Daha yaxşı oynaya bilərdik"

"Cütün taleyi hələ açıq alıb. İkinci oyunda bütün suallara aydınlıq gələcək".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Filip Ozobiç deyib. 

 

Xorvatiyalı futbolçu Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Polşanın "Yagelloniya" klubuna qarşı keçirdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, 1:1 hesabıyla başa çatan görüşlə bağlı öncə bunları söyləyib: "Maraqlı görüş alındı. Daha yaxşı oynaya və qələbə qazana bilərdik. Amma alınmadı. Çalışacağıq ki, ikinci oyunda daha yaxşı oynayaq və növbəti mərhələyə adlamağı bacaraq."

 

Ozobiç komandasının ilk hissədə zəif oynamasına belə münasibət bildirib: "Düzdü, ilk hissədə yaxşı oynamadıq. Demək olar ki, üstünlük rəib tərəfdə idi. Amma fasilədə danışdıq, söz verdik ki, ikinci hissədə daha yaxşı oynayaq. Başlayan kimi qol da vurduq". 

 

Yarımmüdafiəçi komandaya cəlb olunan yeni transferlər haqda danışıb: "Hamısı yaxı oyunçulardı. Sadəcə, ilk matçlarına çıxırdırlar, uyğunlşma baxımından kiçik problemləri ola bilər. İkinci oyunda daha yaxşı oynayacaqlarını düşünürəm". 

 

Təcrübəli futbolçu komandasının mərhələ keçmək şanslarınə dəyərləndirib: "Əlbəttə, mərhələ keçmək üçün şansımız var. Polşadakı oyunda ilk qolu vurmaq bizim üçün üstünlük olacaq və bu üstünlüyü qorusaq, növbəti mərhələyə adlayacağıq. Bunu çox istəyirik".

Tarix: 14 İyul [10:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2017
17  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio